16 iyun 2026. Çərşənbə axşamı

“Zirə”nin Konfrans Liqasındakı rəqibi bəlli olub


“Zirə”nin Konfrans Liqasındakı rəqibi bəlli olub

UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

90deqiqe.Az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə Azərbaycanın turnirdəki təmsilçilərindən “Zirə” klubunun da rəqibi müəyyənləşib.

Bakı təmsilçisi püşk zamanı səpələnmişlər səbətində yer alaraq Gürcüstanın “Torpedo” (Kutaisi) klubu ilə qarşılaşacaq.

Qeyd edək ki, UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin oyunları iyulun 9-da və 16-da keçiriləcək.







Konfrans liqası