- Konfrans liqası
- 16:42 17.06.2026
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.
90deqiqe.Az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə Azərbaycanın turnirdəki təmsilçiləri “Neftçi” və “Zirə”nin potensial rəqibləri müəyyənləşib.
Püşkatmanın nəticələrinə əsasən, “Neftçi” bu mərhələdə Belarusun “Dinamo” (Minsk) və Şimali Makedoniyanın “Sileks” komandaları arasında keçiriləcək cütün qalibi ilə qarşılaşacaq.
“Zirə” isə I təsnifat mərhələsində Gürcüstanın “Torpedo” klubunu mübarizədən kənarlaşdıracağı halda, Litvanın “Hegelmann” və Estoniyanın “Payde” komandaları arasında baş tutacaq duelin qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunları iyulun 23-də, cavab qarşılaşmaları isə iyulun 30-da keçiriləcək.