- Konfrans liqası
- 21:00 26.06.2026
UEFA Konfrans Liqasının I təsnifat mərhələsində keçiriləcək "Zirə" – "Torpedo" (Kutaisi) qarşılaşmalarına təyinat alan hakimlər açıqlanıb.
90deqiqe.Az-ın məlumatına görə, ilk oyun iyulun 8-də Sumqayıtda baş tutacaq. Bu görüşü Finlandiyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Yani Hüytiya olacaq. Ona yan xətt hakimləri Veli-Matti Leppenen və Yusso Mantere köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Peyman Simani yerinə yetirəcək.
Komandalar arasında cavab görüşü iyulun 16-da Gürcüstanda keçiriləcək. Səfər matçında ədaləti Macarıstan hakimlər briqadası qoruyacaq.
Qarşılaşmanın baş hakimi Mihali Kapra olacaq. Yan xətt hakimləri İstvan Albert və Bense Belitsa, dördüncü hakim isə Marsel Derdak təyin olunub.
Qeyd edək ki, "Zirə" UEFA Konfrans Liqasının I təsnifat mərhələsində Gürcüstan təmsilçisi "Torpedo"nu mübarizədən kənarlaşdıracağı təqdirdə növbəti raunda yüksələcək.