6 iyul 2026. Bazar ertəsi

"Zirə" – "Torpedo" oyununun biletləri satışa çıxarılır


"Zirə" – "Torpedo" oyununun biletləri satışa çıxarılır

UEFA Konfrans Liqasının I təsnifat mərhələsində keçiriləcək "Zirə" – "Torpedo" (Gürcüstan) oyununun biletlərinin satış tarixi açıqlanıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, qarşılaşmanın biletləri iyulun 7-də saat 12:00-dan etibarən satışa çıxarılacaq. Biletlərin qiyməti sektorlardan asılı olaraq 5, 10, 20 və 50 manat təşkil edir.

Azarkeşlər biletləri "Zirə İdman Kompleksi"ndən, eləcə də "Azfar"ın "Baku Arena" filialından əldə edə bilərlər.

Qeyd edək ki, "Zirə" – "Torpedo" görüşü iyulun 8-də saat 20:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.







Konfrans liqası