- Konfrans liqası
- 22:00 08.07.2026
"Zirə" UEFA Konfrans Liqasının 2026/2027 mövsümünə inamlı qələbə ilə başlayıb.
90deqiqe.Az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv turnirin I təsnifat mərhələsinin ilk oyununda Gürcüstanın "Torpedo" komandasını qəbul edib.
Sumqayıt şəhər stadionunda keçirilən qarşılaşma Azərbaycan təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçda hesabı 32-ci dəqiqədə Ruan Renato açıb. Fasilədən dərhal sonra, 48-ci dəqiqədə David Volkov fərqi iki topa çatdırıb. Qarşılaşmada son nöqtəni isə 63-cü dəqiqədə penaltidən dəqiq zərbə vuran Renato qoyaraq özünün ikinci, komandasının isə üçüncü qolunu vurub.
Beləliklə, "Zirə" cavab oyunu öncəsi ciddi üstünlük əldə edib.
Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması iyulun 16-da Gürcüstanda keçiriləcək.