9 iyul 2026. Cümə axşamı

"Zirə"nin qələbəsi Azərbaycana reytinq xalları qazandırdı


"Zirə"nin qələbəsi Azərbaycana reytinq xalları qazandırdı

"Zirə" UEFA Konfrans Liqasındakı qələbəsi ilə Azərbaycanın UEFA reytinqindəki əmsalını artırıb.

90deqiqe.Az xəbər verir ki, bu, Rəşad Sadıqovun komandasının UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin ilk oyununda Gürcüstanın "Torpedo" klubunu 3:0 hesabı ilə məğlub etməsi sayəsində mümkün olub.

Qələbə Azərbaycanın aktivinə daha 0,250 əmsal qazandırıb. Bundan əvvəl UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Uelsin TNS komandasını 2:0 hesabı ilə məğlub edən "Sabah" da ölkəyə eyni həcmdə reytinq xalı qazandırmışdı.

Hazırda Azərbaycan UEFA reytinqində 19,062 əmsalla 26-cı pillədə qərarlaşıb. Ölkəmizi 18,250 əmsalla Slovakiya izləyir. 25-ci sırada isə 20,750 əmsalla İsrail yer alır.

Qeyd edək ki, UEFA ölkə reytinqinə 101,852 əmsalla İngiltərə başçılıq edir.







Konfrans liqası