- Konfrans liqası
- 23:59 09.07.2026
İyulun 9-da Konfrans Liqasında daha bir neçə qarşılaşma baş tutub.
90deqiqe.Az xəbər verir ki, Lüksemburqun "Mondorf" klubu Tbilisi "Dinamo"su ilə üz-üzə gəlib. Gürcüstan təmsilçisi səfərdə qələbə qazanıb. Qalib komandanın heyətində Alqassim Ba və Mate Vaçadze fərqləniblər.
"Levadia" səfərdə Uelsin "Kaernarfon" komandası ilə qarşılaşıb. Estoniya klubu rəqib meydanında heç bir çətinliklə üzləşməyib. Qonaqların heyətində Rasmus Peetson, Joao Pedro, Mark Oliver Roosnupp, Mihkel Ainsalu və Enok Otoo qollar vurublar.
"Şkendiya" isə Cəbəllütariqdə "Avropa"nı 5:0 hesabı ilə məğlub edərək böyükhesablı qələbə qazanıb. Fabrice Tamba dubl edib. Digər qolları Fahd Ndzeng, Almir Kreju və Besart İbraimi vurublar.
Digər görüşdə isə "Vlaznia" azarkeşlərini sevindirib. Komanda "Malişeva" ilə oyunda 2:1 hesablı qələbə qazanıb.