16 iyul 2026. Cümə axşamı

"Zirə" "Torpedo" səddini inamla keçdi


"Zirə" "Torpedo" səddini inamla keçdi

"Zirə" UEFA Konfrans Liqasının I təsnifat mərhələsini inamlı şəkildə adlayaraq növbəti raunda vəsiqə qazanıb.

90deqiqe.Az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda cavab oyununda Gürcüstanın "Torpedo" (Kutaisi) klubunun qonağı olub. "Şengeliya Arena"da keçirilən qarşılaşma Azərbaycan təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

"Qartallar"ın qollarını 25 və 70-ci dəqiqələrdə Eren Aydın, 39-cu dəqiqədə isə Amin Seydiyev vurub.

Beləliklə, ilk oyunda da 3:0 hesabı ilə qalib gələn "Zirə" iki görüşün yekununda 6:0 hesablı üstünlüklə UEFA Konfrans Liqasının II təsnifat mərhələsinə yüksəlib.

Paytaxt təmsilçisi növbəti mərhələdə Estoniyanın "Payde" klubu ilə qarşılaşacaq. Komandalar arasında ilk oyun iyulun 23-də, cavab görüşü isə iyulun 30-da keçiriləcək.







Konfrans liqası

"Zirə" "Torpedo" səddini inamla keçdi
  • Konfrans liqası
  • 22:06 16.07.2026
"Zirə" "Torpedo" səddini inamla keçdi