1 sentyabr 2026. Çərşənbə axşamı

Asim Xudiyevə UEFA-dan növbəti təyinat


Asim Xudiyevə UEFA-dan növbəti təyinat

Azərbaycanlı beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA Konfrans Liqasında növbəti təyinatını alıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, Asim Xudiyev UEFA Konfrans Liqasının II təsnifat mərhələsində keçiriləcək Serbiyanın "Jelezniçar" (Pançevo) və Portuqaliyanın "Braqa" komandaları arasında baş tutacaq görüşdə hakim-inspektor funksiyasını yerinə yetirəcək.

Qarşılaşma iyulun 22-də Serbiyanın Pançevo şəhərində yerləşən "Mladost" stadionunda keçiriləcək.







Konfrans liqası

“Xetafe” və “Reyncers”dən qələbə
  • Konfrans liqası
  • 02:11 21.08.2026
“Xetafe” və “Reyncers”dən qələbə