18 iyul 2026. Şənbə

"Neftçi" – "Dinamo" oyununun hakimləri açıqlandı


"Neftçi" – "Dinamo" oyununun hakimləri açıqlandı

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində keçiriləcək "Neftçi" – "Dinamo" (Minsk) qarşılaşmasının hakim təyinatları müəyyənləşib.

90deqiqe.Az xəbər verir ki, Bakıda baş tutacaq ilk görüşü Kiprdən olan FIFA referisi Konstantinos Fellas idarə edəcək.

Ona yan xətt hakimləri Marios Kaloqirou və Giorgios Çaralampous köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Konstantinos Neofytou yerinə yetirəcək.

Qeyd edək ki, "Neftçi" – "Dinamo" (Minsk) oyunu iyulun 22-də "Palms Sports Arena"da keçiriləcək və saat 20:00-da start götürəcək. Komandalar arasında cavab qarşılaşması isə iyulun 30-da baş tutacaq.







Konfrans liqası

Asim Xudiyevə UEFA-dan növbəti təyinat
  • Konfrans liqası
  • 11:30 18.07.2026
Asim Xudiyevə UEFA-dan növbəti təyinat
"Zirə" "Torpedo" səddini inamla keçdi
  • Konfrans liqası
  • 22:06 16.07.2026
"Zirə" "Torpedo" səddini inamla keçdi