18 iyul 2026. Şənbə

"Neftçi"nin "Dinamo" ilə oyunlar üçün iştirak ərizəsi açıqlandı


"Neftçi"nin "Dinamo" ilə oyunlar üçün iştirak ərizəsi açıqlandı

"Neftçi" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Belarusun "Dinamo" (Minsk) komandasına qarşı keçirəcəyi oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

90deqiqe.Az xəbər verir ki, bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Baş məşqçi aşağıdakı futbolçuları iştirak ərizəsinə daxil edib:

Qapıçılar: Emin Balayev, Kenan Piriç, Rza Cəfərov.

Müdafiəçilər: Rüfət Abbasov, İqor Ribeyro, Elvin Bədəlov, Murad Xaçayev, Mustafa Sek, Endryu Qraviyon, Falaye Sako.

Yarımmüdafiəçilər: Elvin Camalov, Sessi D'Almeyda, Emil Səfərov, Emin Mahmudov, İfeanyi Metyu, Qustavo Klisman, Andrey Ştoqrin.

Hücumçular: İmad Faraj, Ağadadaş Salyanski, Lyubomir Tupta, Breno Almeyda və Bassala Sambu.

Qeyd edək ki, UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Neftçi" ilə "Dinamo" (Minsk) arasında ilk oyun iyulun 22-də Bakıda yerləşən "Palms Sports Arena"da keçiriləcək. Qarşılaşma saat 20:00-da başlayacaq. Cavab görüşü isə iyulun 30-da baş tutacaq.







Konfrans liqası

Asim Xudiyevə UEFA-dan növbəti təyinat
  • Konfrans liqası
  • 11:30 18.07.2026
Asim Xudiyevə UEFA-dan növbəti təyinat
"Zirə" "Torpedo" səddini inamla keçdi
  • Konfrans liqası
  • 22:06 16.07.2026
"Zirə" "Torpedo" səddini inamla keçdi