- Konfrans liqası
- 16:33 20.07.2026
UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.
90deqiqe.Az xəbər verir ki, II təsnifat mərhələsində Belarusun "Dinamo" (Minsk) klubunu mübarizədən kənarlaşdıracağı təqdirdə "Neftçi" növbəti raundda Serbiyanın "Jelezniçar" və Portuqaliyanın "Braqa" komandaları arasında keçiriləcək cütün qalibi ilə qarşılaşacaq.
"Qarabağ" isə UEFA Avropa Liqasının II təsnifat mərhələsində Bolqarıstanın ÇSKA komandasına məğlub olacağı halda mübarizəni UEFA Konfrans Liqasında davam etdirəcək. Ağdam təmsilçisi bu halda III təsnifat mərhələsində Ukraynanın "Dinamo" (Kiyev) və Yunanıstanın PAOK komandaları arasında keçiriləcək cütün məğlubu ilə üz-üzə gələcək.
Qeyd edək ki, UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunları avqustun 6-da, cavab qarşılaşmaları isə avqustun 13-də keçiriləcək.