- Konfrans liqası
- 16:33 20.07.2026
UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.
90deqiqe.Az xəbər verir ki, II təsnifat mərhələsində Estoniyanın "Payde" klubunu mübarizədən kənarlaşdıracağı təqdirdə "Zirə" növbəti raundda Andorranın "Santa Koloma" və Avstriyanın "Rapid" komandaları arasında keçiriləcək cütün qalibi ilə qarşılaşacaq.
Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv III təsnifat mərhələsinə yüksələcəyi halda növbəti mərhələdə güclü rəqiblərdən biri ilə üz-üzə gələ bilər.
Qeyd edək ki, UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunları avqustun 6-da, cavab qarşılaşmaları isə avqustun 13-də keçiriləcək.