22 iyul 2026. Çərşənbə

"Əsas məqsədimiz "Dinamo"nu keçməkdir"


"Əsas məqsədimiz "Dinamo"nu keçməkdir"

"Neftçi"nin baş məşqçisi Yuri Vernidub UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Belarusun "Dinamo" (Minsk) komandasına qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, ukraynalı mütəxəssis mətbuat konfransında qarşılaşmanın həm özü, həm də komanda üçün xüsusi əhəmiyyət daşıdığını bildirib.

"Klubun böyük tarixi var. Mən isə "Neftçi"də ilk dəfə baş məşqçi kimi avrokubok matçına çıxacağam. Sabahkı görüş həm mənim, həm də komanda üçün çox vacibdir. Hansı komandanın üstün olduğunu əvvəlcədən söyləmək mümkün deyil. Bunu meydandakı oyun göstərəcək. Ümid edirəm ki, qalib tərəf "Neftçi" olacaq"

Baş məşqçi "Neftçi"nin 90 illik yubiley mövsümündə böyük hədəflərinin olduğunu da gizlətməyib:

"Neftçi"nin yaranmasının 90-cı ilində çempion olmasını istəyirəm. Komanda buna layiqdir. Digər arzumuz isə UEFA Konfrans Liqasının əsas mərhələsinə yüksəlməkdir. Lakin bunun üçün zamana ehtiyacımız var. İlk növbədə "Dinamo" səddini aşmalı, sonra növbəti mərhələlər barədə düşünməliyik.

Vernidub rəqibin hazırda Belarus çempionatının liderlərindən biri olduğunu xatırladaraq, buna baxmayaraq, komandasının qələbə üçün əlindən gələni edəcəyini bildirib.

Mütəxəssis transfer çalışmalarının da davam etdiyini açıqlayıb:

"Yeni futbolçular üzərində işləyirik. Bu, asan proses deyil. Komandanın özülü formalaşıb, amma bəzi mövqeləri gücləndirməliyik. Transfer pəncərəsinin bağlanmasına hələ vaxt var. Rəhbərliklə daim əlaqədəyik və yalnız bizi gücləndirəcək oyunçuların komandaya qoşulmasını istəyirik."

O, yeni transferlərin hazırlıq prosesindən razı qaldığını da qeyd edib:

"Əlimizdən gələni edəcəyik ki, "Neftçi" bu mövsüm ən yaxşı futbolunu nümayiş etdirsin."

Təcrübəli mütəxəssis azarkeşlərin gözləntilərinin yüksək olmasının təzyiq yaratmadığını da vurğulayıb:

"İşimdə kifayət qədər təcrübəm var. Azarkeşlərin gözləntiləri böyükdürsə, bu, normal təzyiqdir. Biz də buna hazır olmalıyıq. Elə oyun göstərməliyik ki, azarkeşlər razı qalsınlar. Futbolda nəticə olanda hamı səni dəstəkləyir, olmayanda isə tənqid edir. Əsas odur ki, irəli getməyi bacarasan."

Qeyd edək ki, UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Neftçi" – "Dinamo" (Minsk) oyunu iyulun 22-də saat 20:00-da "Palms Sports Arena"da keçiriləcək. Cavab qarşılaşması isə iyulun 30-da baş tutacaq.







Konfrans liqası

"Neftçi" həqiqətən güclü komandadır"
  • Konfrans liqası
  • 20:32 21.07.2026
"Neftçi" həqiqətən güclü komandadır"
"Əsas məqsədimiz "Dinamo"nu keçməkdir"
  • Konfrans liqası
  • 16:13 21.07.2026
"Əsas məqsədimiz "Dinamo"nu keçməkdir"
Asim Xudiyevə UEFA-dan növbəti təyinat
  • Konfrans liqası
  • 11:30 18.07.2026
Asim Xudiyevə UEFA-dan növbəti təyinat
"Zirə" "Torpedo" səddini inamla keçdi
  • Konfrans liqası
  • 22:06 16.07.2026
"Zirə" "Torpedo" səddini inamla keçdi