22 iyul 2026. Çərşənbə

"Neftçi" həqiqətən güclü komandadır"


"Neftçi" həqiqətən güclü komandadır"

Belarusun "Dinamo" (Minsk) komandasının baş məşqçisi Aleksandr Şaqoyko UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Neftçi"yə qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, mütəxəssis mətbuat konfransında Bakı təmsilçisinin güclü rəqib olduğunu bildirib.

"Güclü rəqibə qarşı oynayacağımızı başa düşürük. "Neftçi" həqiqətən yaxşı komandadır. Bu oyunun əhəmiyyətini dərk edirik", – deyə Şaqoyko vurğulayıb.

Baş məşqçi komandasının qarşılaşmaya ciddi hazırlaşdığını və əsas məqsədin növbəti mərhələyə yüksəlmək olduğunu qeyd edib.

"Qalib iki oyunun nəticəsinə əsasən müəyyənləşəcək. Məqsədimiz növbəti mərhələyə vəsiqə qazanmaqdır. Bu cür matçlarda tez-tez iştirak etmirik. "Neftçi" yüksək səviyyəli komandadır və yaxşı klublarda çalışmış təcrübəli baş məşqçiyə malikdir", – deyə o əlavə edib.

Aleksandr Şaqoyko iki komandanın şanslarını da dəyərləndirib.

"Oyundan əvvəl şanslar həmişə bərabər olur. Bu dəfə də fərqli deyil. Bizim də öz məqsədimiz var və ona çatmaq üçün əlimizdən gələni edəcəyik", – deyə belaruslu mütəxəssis bildirib.

Qeyd edək ki, UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Neftçi" – "Dinamo" (Minsk) oyunu iyulun 22-də "Palms Sports Arena"da keçiriləcək. Qarşılaşma saat 20:00-da start götürəcək.







Konfrans liqası

"Neftçi" həqiqətən güclü komandadır"
  • Konfrans liqası
  • 20:32 21.07.2026
"Neftçi" həqiqətən güclü komandadır"
"Əsas məqsədimiz "Dinamo"nu keçməkdir"
  • Konfrans liqası
  • 16:13 21.07.2026
"Əsas məqsədimiz "Dinamo"nu keçməkdir"
Asim Xudiyevə UEFA-dan növbəti təyinat
  • Konfrans liqası
  • 11:30 18.07.2026
Asim Xudiyevə UEFA-dan növbəti təyinat
"Zirə" "Torpedo" səddini inamla keçdi
  • Konfrans liqası
  • 22:06 16.07.2026
"Zirə" "Torpedo" səddini inamla keçdi