5 sentyabr 2026. Şənbə

"Neftçi" iki top üstünlüyünü əldən verdi


"Neftçi" iki top üstünlüyünü əldən verdi

"Neftçi" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində ilk oyununa məğlubiyyətlə başlayıb.

90deqiqe.Az xəbər verir ki, "ağ-qaralar" Bakıda Belarusun "Dinamo" (Minsk) komandasını qəbul edib.

"Palms Sports Arena"da keçirilən qarşılaşma qonaqların 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Oyuna əla başlayan Bakı təmsilçisi artıq 2-ci dəqiqədə kapitan Emin Mahmudovun qolu ilə hesabı açıb. "Neftçi" 8-ci dəqiqədə rəqib futbolçu Aleksandr Selyavanın avtoqolu sayəsində üstünlüyünü iki topa çatdırıb.

Lakin ilk hissənin sonlarına yaxın Karen Vardanyan fərqi minimuma endirib. Fasilədən dərhal sonra Yevgeni Malaşeviç hesabı bərabərləşdirib. 57-ci dəqiqədə Karen Vardanyan ikinci qolunu vuraraq "Dinamo"nu hesabda önə keçirib. Qarşılaşmada son nöqtəni isə 77-ci dəqiqədə Gulzigit Alykulov qoyub.

Beləliklə, "Neftçi" cavab oyunu öncəsi sərfəli üstünlüyü əldən verərək doğma meydanda 2:4 hesabı ilə məğlub olub.

Qeyd edək ki, komandalar arasında cavab görüşü iyulun 30-da Belarusda keçiriləcək. Bu cütün qalibi UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Serbiyanın "Jelezniçar" və Portuqaliyanın "Braqa" komandaları arasındakı cütün qalibi ilə qarşılaşacaq.







Konfrans liqası

“Xetafe” və “Reyncers”dən qələbə
  • Konfrans liqası
  • 02:11 21.08.2026
“Xetafe” və “Reyncers”dən qələbə