- Konfrans liqası
- 23:42 22.07.2026
UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin ilk oyununda Türkiyənin "Başakşəhər" klubu Finlandiyanın "İnter Turku" komandası ilə qarşılaşıb.
90deqiqe.Az-ın məlumatına görə, Fatih Terim Stadionunda keçirilən görüş 1:1 hesabı ilə başa çatıb.
Oyunda hesabı qonaqlar açıblar. "İnter Turku"nun heyətində Yefta 16-cı dəqiqədə fərqlənib. "Başakşəhər" isə yay transfer dönəmində heyətinə qatdığı Emin Bayramın 54-cü dəqiqədə vurduğu qolla məğlubiyyətdən xilas olub.
Beləliklə, iki komanda arasında ilk qarşılaşma bərabərliklə yekunlaşıb.
Qeyd edək ki, cavab oyunu iyulun 30-da Finlandiyada keçiriləcək. Bu görüşün qalibi UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsinə yüksələcək.