7 sentyabr 2026. Bazar ertəsi

"Zirə" son dəqiqə qolu ilə uduzdu


"Zirə" son dəqiqə qolu ilə uduzdu

"Zirə" UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda Estoniyada "Payde" ilə üz-üzə gəlib.

90deqiqe.Az xəbər verir ki, Pyarnu şəhərində yerləşən "Rannastaadion"da keçirilən qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb.

Matçın taleyini 87-ci dəqiqədə vurulan qol həll edib. "Payde"nin futbolçusu Pa Abdu Çam Bakı təmsilçisinin qapısından keçirdiyi dəqiq zərbə ilə komandasına 1:0 hesablı qələbə qazandırıb.

Beləliklə, "Zirə" cavab oyunu öncəsi minimal hesablı məğlubiyyət alıb və mərhələ şansını Bakıda keçiriləcək qarşılaşmaya saxlayıb.

Qeyd edək ki, komandalar arasında cavab görüşü iyulun 30-da Azərbaycanda keçiriləcək.







Konfrans liqası

“Xetafe” və “Reyncers”dən qələbə
  • Konfrans liqası
  • 02:11 21.08.2026
“Xetafe” və “Reyncers”dən qələbə