12 sentyabr 2026. Şənbə

Konfrans Liqasında III təsnifat mərhələsinin daha dörd iştirakçısı müəyyənləşdi


Konfrans Liqasında III təsnifat mərhələsinin daha dörd iştirakçısı müəyyənləşdi

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində daha dörd komanda növbəti raunda vəsiqə qazanıb.

90deqiqe.Az-ın məlumatına görə, Latviyanın "Riqa" klubu Şimali Makedoniya təmsilçisi "Vardar"a əsas vaxtda 1:2 hesabı ilə məğlub olub. Rəqib komanda görüşün böyük hissəsini azlıqda keçirsə də, "Riqa" say üstünlüyündən yalnız əlavə vaxtda yararlana bilib. Nəticədə Latviya təmsilçisi əlavə vaxtda ardıcıl qollar vuraraq 5:2 hesablı qələbə qazanıb və mərhələ adlayıb.

III təsnifat mərhələsinə yüksələn digər komanda Kiprin "Apollon" klubu olub. Kiprlilər iki oyunun yekununda Gürcüstanın "Dila" komandasını 7:0 hesabı ilə üstələyiblər.

Kosovonun "Drita" klubu da mübarizəni davam etdirəcək. Komanda öz meydanında Maltanın "Floriana" kollektivini əlavə vaxtda 2:1 hesabı ilə məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb.

III təsnifat mərhələsinin digər iştirakçısı isə Bolqarıstanın ÇSKA-1948 (Sofiya) komandası olub. Sofiya təmsilçisi Slovakiyanın "Spartak" (Trnava) klubunu mübarizədən kənarlaşdıraraq növbəti mərhələyə yüksəlib.







Konfrans liqası

“Xetafe” və “Reyncers”dən qələbə
  • Konfrans liqası
  • 02:11 21.08.2026
“Xetafe” və “Reyncers”dən qələbə