30 iyul 2026. Cümə axşamı

"Bütün diqqətimiz "Payde" ilə oyuna yönəlib"


"Bütün diqqətimiz "Payde" ilə oyuna yönəlib"

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda Estoniyanın "Payde" komandasını qəbul edəcək "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov matç öncəsi keçirilən mətbuat konfransında qarşılaşma ilə bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, təcrübəli mütəxəssis rəqib barədə bütün detalları açıqlamaq istəmədiyini bildirib:

"Bütün suallara istədiyiniz kimi cavab verə bilməyəcəyəm. Çünki rəqib də səsləndirdiyimiz fikirləri təhlil edir. Onların təcrübəli baş məşqçiləri var. İlk oyunda istədiyimiz futbolu oynadıq. Xüsusilə ilk hissədə fərqlənməli idik, amma yaratdığımız imkanlardan istifadə edə bilmədik. Matçın son dəqiqələri isə planlaşdırdığımız kimi alınmadı. Avrokuboklarda hər nəticə mümkündür. Sabah meydana yalnız qələbə üçün çıxacağıq".

Rəşad Sadıqov bildirib ki, komandası cavab görüşündə də öz oyun fəlsəfəsinə sadiq qalacaq:

"Bizi çətin qarşılaşma gözləyir. Burada zəif rəqib olmur. "Payde" təcrübəli komandadır və baş məşqçiləri də peşəkardır. Ola bilər ki, sabah daha istəkli oynasınlar və fərqli planları olsun. Amma biz öz oyunumuza sadiq qalmağa çalışacağıq. Bütün diqqətimizi yalnız bu matça yönəltmişik. Növbəti mərhələ barədə düşünmürük".

"Zirə"nin baş məşqçisi ilk oyundakı 0:1 hesablı məğlubiyyətə baxmayaraq, mərhələni adlamaq üçün əllərindən gələni edəcəklərini vurğulayıb:

"İlk oyunda məğlub olmuşuq. Sabah əlimizdən gələni edəcəyik ki, mərhələni keçən tərəf biz olaq".

Mütəxəssis yeni transfer Dameyn Smit haqqında da danışıb:

"Zirə" onun ilk peşəkar komandasıdır. Yaxşı potensiala malik futbolçudur. Transfer çalışmalarımız davam edir. Heyətə daha 4-5 legioner cəlb etməyi planlaşdırırıq".

Rəşad Sadıqov çıxışının sonunda avrokuboklarda çıxış edən digər Azərbaycan klublarına da uğurlar arzulayıb:

"Çempionlar Liqasında növbəti mərhələyə yüksələn "Sabah"ı təbrik edirəm. Digər komandalarımıza da uğurlar arzulayıram. Ümid edirəm ki, dörd təmsilçimizin hamısı mərhələ adlayacaq".

Qeyd edək ki, UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Zirə" – "Payde" qarşılaşması iyulun 30-da Sumqayıtda baş tutacaq. Estoniyada keçirilən ilk görüşdə "Payde" 1:0 hesablı qələbə qazanıb.







Konfrans liqası

"Zirə" son dəqiqə qolu ilə uduzdu
  • Konfrans liqası
  • 22:27 23.07.2026
"Zirə" son dəqiqə qolu ilə uduzdu
Mahir Emreli debüt matçında qol vurdu
  • Konfrans liqası
  • 21:53 23.07.2026
Mahir Emreli debüt matçında qol vurdu
Azərbaycan UEFA reytinqində yerini qorudu
  • Konfrans liqası
  • 10:30 23.07.2026
Azərbaycan UEFA reytinqində yerini qorudu
"Neftçi" həqiqətən güclü komandadır"
  • Konfrans liqası
  • 20:32 21.07.2026
"Neftçi" həqiqətən güclü komandadır"