7 noyabr 2026. Şənbə

"Mərhələni keçmək üçün hər şeyi edəcəyik"


"Mərhələni keçmək üçün hər şeyi edəcəyik"

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda Estoniyanın "Payde" komandasını qəbul edəcək "Zirə"nin futbolçusu Ruan Renato qarşılaşma öncəsi keçirilən mətbuat konfransında fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, braziliyalı müdafiəçi ilk oyunda komandasının üstün təsir bağışladığını, lakin istədikləri nəticəni əldə edə bilmədiklərini vurğulayıb.

"İlk oyunda üstün tərəf biz idik. Təəssüf ki, istədiyimiz nəticəni qazana bilmədik. Buna baxmayaraq, cavab görüşünə ciddi hazırlaşmışıq. Məqsədimiz qalib gəlmək və növbəti mərhələyə yüksəlməkdir", – deyə Ruan Renato bildirib.

Təcrübəli futbolçu "Zirə"nin mərhələni adlamaq üçün bütün imkanlarını səfərbər edəcəyini də qeyd edib:

"Bu dəfə daha hazırlıqlı şəkildə meydana çıxacağıq. Mərhələni keçən tərəf olmaq istəyirik və bunun üçün əlimizdən gələni edəcəyik".

Qeyd edək ki, UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Zirə" – "Payde" qarşılaşması Sumqayıt şəhər stadionunda baş tutacaq. Estoniyada keçirilən ilk görüşdə "Payde" 1:0 hesablı qələbə qazanıb.







Konfrans liqası

Konfrans Liqasında sensasiyalı nəticələr
  • Konfrans liqası
  • 01:26 23.10.2026
Konfrans Liqasında sensasiyalı nəticələr
“Ayaks” “Atalanta”nı məğlub etdi
  • Konfrans liqası
  • 01:12 23.10.2026
“Ayaks” “Atalanta”nı məğlub etdi