9 avqust 2026. Bazar günü

"Zirə" Konfrans Liqası ilə erkən vidalaşdı


"Zirə" Konfrans Liqası ilə erkən vidalaşdı

Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edən "Zirə" II təsnifat mərhələsində mübarizəni dayandırıb.

 90deqiqe.Az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda cavab oyununda Estoniyanın "Payde" klubunu Sumqayıt şəhər stadionunda qəbul edib.

Qarşılaşmaya fəal başlayan "qartallar" hesabı erkən açıblar. Matçın 5-ci dəqiqəsində Eren Aydın fərqlənərək Bakı təmsilçisini önə keçirib. Lakin qonaqlar 71-ci dəqiqədə Henri Anyerin qolu ilə tarazlığı bərpa ediblər.

Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb. İlk matçda öz meydanında 1:0 hesabı ilə qalib gələn "Payde" iki oyunun nəticəsinə əsasən növbəti mərhələyə yüksəlib.

Beləliklə, "Zirə" UEFA Konfrans Liqasında mübarizəni II təsnifat mərhələsində başa vuraraq avrokuboklarla erkən vidalaşıb.







Konfrans liqası

"Qarabağ" "Dinamo"ya minimal hesabla uduzdu
  • Konfrans liqası
  • 23:03 06.08.2026
"Qarabağ" "Dinamo"ya minimal hesabla uduzdu