31 iyul 2026. Cümə

"Mərhələni keçməyə layiq idik, amma alınmadı"


"Mərhələni keçməyə layiq idik, amma alınmadı"

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Estoniyanın "Payde" klubuna uduzaraq mübarizəni dayandıran "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov komandasının nəticəni haqq etmədiyini bildirib.

90deqiqe.Az xəbər verir ki, mütəxəssis cavab oyunundan sonra keçirilən mətbuat konfransında qarşılaşmanı şərh edib.

"Məyusedici nəticə oldu. Mərhələni keçə bilmədik. Oyun ərzində çoxsaylı qol epizodları yaratdıq. Təəssüf ki, topu qapıdan keçirə bilmədik. Bəzən futbolda belə məqamlar yaşanır. Rəqibi təbrik edirəm. Hesab edirəm ki, mərhələni adlamağa biz daha layiq idik, amma bunu reallaşdıra bilmədik", – deyə Rəşad Sadıqov vurğulayıb.

Qeyd edək ki, "Zirə" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Payde"yə iki oyunun nəticəsinə əsasən (0:1, 1:1) məğlub olaraq avrokuboklarla vidalaşıb.







Konfrans liqası

"Zirə" son dəqiqə qolu ilə uduzdu
  • Konfrans liqası
  • 22:27 23.07.2026
"Zirə" son dəqiqə qolu ilə uduzdu
Mahir Emreli debüt matçında qol vurdu
  • Konfrans liqası
  • 21:53 23.07.2026
Mahir Emreli debüt matçında qol vurdu