7 noyabr 2026. Şənbə

"Neftçi" qalib gəlsə də, Konfrans Liqası ilə vidalaşdı


"Neftçi" qalib gəlsə də, Konfrans Liqası ilə vidalaşdı

Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edən "Neftçi" II təsnifat mərhələsində mübarizəni başa vurub.

90deqiqe.Az xəbər verir ki, "ağ-qaralar" cavab oyununda Belarusun "Dinamo" (Minsk) komandası ilə üz-üzə gəlib. Bolqarıstanın Beroe şəhər stadionunda keçirilən qarşılaşma Bakı klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşdə yeganə qolu 13-cü dəqiqədə braziliyalı hücumçu Breno Almeyda vurub.

Bununla belə, Samir Abasovun komandası ilk oyunda Bakıda 2:4 hesabı ilə məğlub olduğundan iki oyunun nəticəsinə əsasən (3:4) rəqibinə uduzub və UEFA Konfrans Liqası ilə erkən vidalaşıb.







Konfrans liqası

Konfrans Liqasında sensasiyalı nəticələr
  • Konfrans liqası
  • 01:26 23.10.2026
Konfrans Liqasında sensasiyalı nəticələr
“Ayaks” “Atalanta”nı məğlub etdi
  • Konfrans liqası
  • 01:12 23.10.2026
“Ayaks” “Atalanta”nı məğlub etdi