- Konfrans liqası
- 14:57 31.07.2026
UEFA Konfrans Liqasının III təsnifat mərhələsində keçiriləcək “Qarabağ” – “Dinamo” (Kiyev, Ukrayna) cavab qarşılaşmasının hakim təyinatları bəlli olub.
90deqiqe.Az-ın məlumatına görə, avqustun 13-də Bakıda baş tutacaq görüş İngiltərədən olan hakimlər briqadasına həvalə edilib.
Qarşılaşmanın baş hakimi Stüart Attvell olacaq. Ona yan xətt hakimləri Yan Hussin və Nik Qrinhalq kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Lyuis Smit yerinə yetirəcək.
VAR hakimi Piter Benks, onun köməkçisi isə Ceyms Bell olacaq.
Qeyd edək ki, “Qarabağ” – “Dinamo” matçı avqustun 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək. Komandalar arasında ilk görüş isə avqustun 6-da Polşanın Lublin şəhərində oynanılacaq.