- Konfrans liqası
- 00:30 06.08.2026
UEFA Konfrans Liqasının III təsnifat mərhələsində ilk qarşılaşmalar keçirilib.
90deqiqe.Az-ın məlumatına görə, bu gün mərhələnin iki görüşü baş tutub.
Norveçin "Brann" klubu doğma meydanda Kiprin "Apollon" (Limassol) komandası ilə üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən qarşılaşmada qonaqlar minimal hesablı qələbə qazanıblar.
Oyunda yeganə qolu 22-ci dəqiqədə Alen Ojbolt vuraraq "Apollon"a vacib üstünlük qazandırıb.
Digər qarşılaşmada isə Yunanıstanın "Panatinaikos" klubu Bolqarıstan təmsilçisi "ÇSKA 1948"i qəbul edib.
Meydan sahibləri ilk hissənin ortalarında hesabı açıblar. Santino Andinonun ötürməsindən sonra Adriano Yaquşiç dəqiq zərbə ilə komandasını önə keçirib. Lakin 31-ci dəqiqədə qonaqlar hesabı bərabərləşdiriblər. "ÇSKA 1948"in heyətində Georgi Rusev fərqlənib.
Qarşılaşmanın qalan hissəsində tərəflər daha qol vura bilməyiblər və matç 1:1 hesabı ilə başa çatıb.
Qeyd edək ki, komandalar arasında cavab görüşləri avqustun 11-də keçiriləcək.