21 sentyabr 2026. Bazar ertəsi

"Qarabağ" "Dinamo"ya minimal hesabla uduzdu


"Qarabağ" "Dinamo"ya minimal hesabla uduzdu

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda "Qarabağ" səfərdə Ukraynanın "Dinamo" (Kiyev) komandasına məğlub olub.

90deqiqe.Az-ın məlumatına görə, "Lublin Arena" stadionunda keçirilən qarşılaşma Kiyev təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0.

Görüşdə yeganə qolu 10-cu dəqiqədə Matvey Ponomarenko vurub.

Ağdam təmsilçisi matçı azlıqda başa vurub. Belə ki, Cebrail Makreçkis 90-cı dəqiqədə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.

Qeyd edək ki, komandalar arasında cavab görüşü avqustun 13-də Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun saat 20:00-da start götürəcək.







Konfrans liqası

“Xetafe” və “Reyncers”dən qələbə
  • Konfrans liqası
  • 02:11 21.08.2026
“Xetafe” və “Reyncers”dən qələbə