- Konfrans liqası
- 01:29 07.08.2026
UEFA Konfrans Liqasının III təsnifat mərhələsində cümə axşamı günü daha beş oyun keçirilib.
90deqiqe.Az-ın məlumatına görə, Serbiyanın “Partizan” klubu “Tobol”u qəbul edib. Meydan sahibləri rəqibini 3:0 hesabı ilə məğlub ediblər. Qolları Demba Sek, Zubayru İbrahim və Şaka Traore vurublar.
Digər görüşdə “Rieka” doğma meydanda Finlandiyanın “İlves” komandası ilə qarşılaşıb. Xorvatiya təmsilçisi minimal hesabla qalib gəlib – 1:0. Matçda yeganə qolu 16-cı dəqiqədə Niko Yankoviç vurub. Qol ötürməsinin müəllifi Tiaqo Dantaş olub.
İrlandiyanın “Bohemians” klubu isə öz meydanında Danimarka təmsilçisi “Midtyullann”a uduzub. Qonaqlar Sofus Yohannessen və Valdemar Byuskovun dəqiq zərbələri sayəsində qələbə qazanıblar.
Digər qarşılaşmada “Drita” səfərdə “Tre Fiori”ni darmadağın edib. Qalib komandanın heyətində Blerim Krasniqi dubl edib. Rəddi Ovuka və Blerton Şehi də qələbəyə töhfə verən qolların müəllifləri olublar.
Konfrans Liqasının III təsnifat mərhələsində cavab oyunları yaxın günlərdə keçiriləcək.