7 avqust 2026. Cümə

Azərbaycan UEFA reytinqində 26-cı pillədə qaldı


Azərbaycan UEFA reytinqində 26-cı pillədə qaldı

Azərbaycanın UEFA ölkə reytinqindəki mövqeyində dəyişiklik baş verməyib.

90deqiqe.Az-ın məlumatına görə, ölkəmiz hazırda 21.187 əmsalla siyahıda 26-cı pillədə qərarlaşıb. Azərbaycanı 22.468 əmsalla 25-ci sırada yer alan Sloveniya qabaqlayır.

UEFA reytinqinə isə 101.852 əmsalla İngiltərə başçılıq edir.

Qeyd edək ki, Azərbaycan klubları üçün avrokubokların növbəti oyun günü uğursuz alınıb. UEFA Konfrans Liqasının III təsnifat mərhələsində çıxış edən "Qarabağ" səfərdə Ukraynanın Kiyev "Dinamo"suna 0:1 hesabı ilə məğlub olub.

UEFA Çempionlar Liqasında mübarizə aparan "Sabah" isə Danimarkada "Orhus"un qonağı olub. Bakı təmsilçisi ilk oyunda rəqibinə 1:2 hesabı ilə uduzub.

Azərbaycan təmsilçilərinin bu nəticələri ölkənin UEFA reytinqində mövqeyinin dəyişməsinə səbəb olmayıb və yığma 26-cı pillədə qalıb.







Konfrans liqası

"Qarabağ" "Dinamo"ya minimal hesabla uduzdu
  • Konfrans liqası
  • 23:03 06.08.2026
"Qarabağ" "Dinamo"ya minimal hesabla uduzdu