26 sentyabr 2026. Şənbə

Konfrans Liqasında pley-offa yüksələn daha iki komanda bəlli oldu


Konfrans Liqasında pley-offa yüksələn daha iki komanda bəlli oldu

UEFA Konfrans Liqasının III təsnifat mərhələsində keçirilən cavab oyunlarından sonra pley-off mərhələsinə yüksələn daha iki komandanın adına aydınlıq gəlib.

90deqiqe.Az-ın məlumatına görə, “Apollon” doğma meydanda Danimarkanın “Brann” klubunu qəbul edib. Altı qolun qeydə alındığı məhsuldar qarşılaşma qonaqların 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, iki oyunun nəticəsinə əsasən “Brann” 4:3 hesabı ilə üstün olaraq növbəti mərhələyə vəsiqə qazanıb.

Günün digər oyununda Bolqarıstanın ÇSKA-1948 klubu “Panatinaikos”u qəbul edib. Afina təmsilçisi səfərdə 2:1 hesablı qələbə qazanıb.

“Panatinaikos”un qollarını Siril Dessers və Moskva “Spartak”ının sabiq futbolçusu Livay Qarsiya vurublar.

Beləliklə, “Panatinaikos” Konfrans Liqasında mübarizəni davam etdirəcək. ÇSKA-1948 isə turnirlə vidalaşıb.







Konfrans liqası

“Xetafe” və “Reyncers”dən qələbə
  • Konfrans liqası
  • 02:11 21.08.2026
“Xetafe” və “Reyncers”dən qələbə