- Konfrans liqası
- 23:29 12.08.2026
Bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin üç cavab oyunu keçirilib.
90deqiqe.Az-ın məlumatına görə, Danimarka “Kopenhagen”i doğma meydanda “Debretsen”i qəbul edib. Bir həftə əvvəl olduğu kimi, bu qarşılaşmada da danimarkalılar rəqibinə böyük hesabla qalib gəliblər. “Kopenhagen” bu dəfə 5:1 hesablı qələbə qazanıb. Meydan sahiblərinin heyətində Məhəmməd Elyunussi və Andreas Kornelius dubl edib, Aleks Kral isə bir dəfə fərqlənib.
Digər görüşdə Polşanın “GKS Katovitse” klubu Tel-Əviv “Hapoel”ini 2:1 hesabı ilə məğlub edib. Lakin bu nəticə növbəti mərhələyə yüksəlmək üçün kifayət etməyib.
Paralel keçirilən qarşılaşmada isə Vyana “Rapid”i doğma meydanda Estoniyanın “Payde Linnameeskond” klubuna 2:0 hesabı ilə qalib gəlib.
Beləliklə, “Kopenhagen”, Tel-Əviv “Hapoel”i və Vyana “Rapid”i Konfrans Liqasının təsnifat mərhələsinin pley-offuna vəsiqə qazanıblar.