13 avqust 2026. Cümə axşamı

“Qarabağ” Kiyev “Dinamo”sunu məğlub edərək pley-offa yüksəldi


“Qarabağ” Kiyev “Dinamo”sunu məğlub edərək pley-offa yüksəldi

“Qarabağ” UEFA Avropa Liqasında pley-off mərhələsinə vəsiqə qazanıb.

90deqiqe.Az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi komanda III təsnifat mərhələsinin cavab oyununda Ukraynanın “Dinamo” (Kiyev) klubu ilə qarşılaşıb. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüş Azərbaycan təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

“Köhlən atlar” hesabı 12-ci dəqiqədə açıblar. Jali Muaddib komandasını önə keçirib. İkinci hissədə də hücumlarını davam etdirən “Qarabağ” 69-cu dəqiqədə Aleksey Kaşukun qolu ilə fərqi iki topa çatdırıb.

Beləliklə, Polşada keçirilən ilk matçda 0:1 hesabı ilə məğlub olan “Qarabağ” iki oyunun nəticəsinə görə 2:1 hesabı ilə üstünlük əldə edərək növbəti mərhələyə yüksəlib.

Azərbaycan çempionu pley-off mərhələsində “Tvente” (Niderland) – DAK 1904 (Slovakiya) cütünün qalibi ilə qarşılaşacaq.







Konfrans liqası

“Uğurlu nəticə qazanmaq istəyirik”
  • Konfrans liqası
  • 13:49 12.08.2026
“Uğurlu nəticə qazanmaq istəyirik”
"Qarabağ" "Dinamo"ya minimal hesabla uduzdu
  • Konfrans liqası
  • 23:03 06.08.2026
"Qarabağ" "Dinamo"ya minimal hesabla uduzdu