13 avqust 2026. Cümə axşamı

“Braqa” və “Rakuva” Konfrans Liqasında mübarizəni davam etdirəcək


“Braqa” və “Rakuva” Konfrans Liqasında mübarizəni davam etdirəcək

Bu gün UEFA Konfrans Liqasının növbəti təsnifat mərhələsinin cavab oyunlarına yekun vurulub.

90deqiqe.Az-ın məlumatına görə, Minsk “Dinamo”su doğma meydanda Portuqaliyanın “Braqa” klubunu qəbul edib. İlk görüşdə 1:0 hesabı ilə qalib gələn qonaqların cavab matçında risk etməsinə ehtiyac yox idi.

Belarus təmsilçisi hesabı bərabərləşdirmək üçün cəhdlər etsə də, hücumda istədiyi oyunu nümayiş etdirə bilməyib. Qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb. Beləliklə, “Braqa” iki oyunun nəticəsinə əsasən növbəti mərhələyə yüksəlib.

Minsk “Dinamo”sundan sonra RFS də avrokuboklarla vidalaşıb. Latviya klubu iki oyunun nəticəsinə əsasən Çexiyanın “Yablonets” komandasına məğlub olub.

Konfrans Liqasının təsnifat mərhələsinin həlledici raunduna “Tvente”, “Midtyulland”, “Norsyellann”, “Tromse” və “Rakuv” komandaları da vəsiqə qazanıblar.







Konfrans liqası

“Uğurlu nəticə qazanmaq istəyirik”
  • Konfrans liqası
  • 13:49 12.08.2026
“Uğurlu nəticə qazanmaq istəyirik”
"Qarabağ" "Dinamo"ya minimal hesabla uduzdu
  • Konfrans liqası
  • 23:03 06.08.2026
"Qarabağ" "Dinamo"ya minimal hesabla uduzdu