- Konfrans liqası
- 00:53 14.08.2026
UEFA Konfrans Liqasının təsnifat mərhələsində növbəti cavab oyunları keçirilib.
90deqiqe.Az-ın məlumatına görə, “Ayaks” səfərdə İrlandiyanın “Şelburn” klubu ilə qarşılaşıb. Bir həftə əvvəl rəqibini 3:1 hesabı ilə məğlub edən Amsterdam təmsilçisi bu dəfə qələbə qazana bilməyib. Qarşılaşma 2:2 hesabı ilə başa çatıb.
“Ayaks” oyuna daha fəal başlayıb və 12-ci dəqiqədə Culian Brandtın dəqiq zərbəsi ilə hesabı açıb. Lakin Evan Kaffri qısa müddət sonra bərabərlik qolunu vurub.
39-cu dəqiqədə Anton Qozi “Ayaks”ı yenidən hesabda önə çıxarıb. “Şelburn” isə matçın sonlarına yaxın hesabı bərabərləşdirərək məğlubiyyətdən qaçıb.
Digər qarşılaşmada Latviyanın “Riqas” klubu Macarıstanın “Dyör” komandası ilə üz-üzə gəlib. Macarlar 28-ci dəqiqədə Jeljko Gavriçin qolu ilə hesabı açıblar.
Lakin latviyalılar matçın son dəqiqələrində hesabı bərabərləşdirərək məğlubiyyətdən qaçıblar və Konfrans Liqasının təsnifat mərhələsinin pley-off raunduna vəsiqə qazanıblar. “Riqas”ın bu uğurunda Kayonun vurduğu qol mühüm rol oynayıb.