- Konfrans liqası
- 15:27 14.08.2026
UEFA Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ” və Niderlandın “Tvente” komandaları arasında keçiriləcək cavab qarşılaşmasına hakim təyinatları açıqlanıb.
90deqiqe.Az-ın məlumatına görə, avqustun 27-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq oyunu Norveçdən olan hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi Rohit Saqqi olacaq. Ona yan xətt hakimləri Anders Olav Dale və Ole Andreas Haukasen kömək edəcəklər. Marius Hansen Qrotta dördüncü hakim, Kristoffer Hagenes VAR hakimi, avstriyalı Alan Kijas isə VAR hakiminin köməkçisi kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, “Qarabağ” – “Tvente” qarşılaşması avqustun 27-də saat 20:00-da başlayacaq. Komandalar arasında ilk oyun avqustun 20-də Niderlandda keçiriləcək.