14 avqust 2026. Cümə

Azərbaycanlı hakimlər Konfrans Liqasının pley-off oyunlarını idarə edəcəklər


Azərbaycanlı hakimlər Konfrans Liqasının pley-off oyunlarını idarə edəcəklər

Azərbaycanın FIFA referiləri Əliyar Ağayev və Elçin Məsiyev UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunlarına təyinat alıblar.

90deqiqe.Az-ın məlumatına görə, Əliyar Ağayev Polşada “Rakuv” və Xorvatiyanın “Hayduk” komandaları arasında keçiriləcək qarşılaşmanın baş hakimi olacaq. Ona yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Kamal Umudlu dördüncü hakim, ingiltərəli Piter Benks VAR hakimi, İnqilab Məmmədov isə VAR hakiminin köməkçisi funksiyasını yerinə yetirəcək.

Avqustun 27-də keçiriləcək görüşdə Azərbaycan millisinin futbolçusu Mahir Emreli də meydana çıxa bilər. O, hazırda “Rakuv”un formasını geyinir.

Elçin Məsiyev isə avqustun 26-da baş tutacaq “Rapid” (Avstriya) – “Harts” (Şotlandiya) matçını idarə edəcək. Referinin köməkçiləri Elşad Abdullayev və Pərvin Talıbov, dördüncü hakim Fərid Hacıyev olacaq. VAR hakimləri funksiyasını fransalı Villi Delajo və azərbaycanlı Nicat İsmayıllı yerinə yetirəcəklər.

Beləliklə, iki Azərbaycanlı FIFA referisi avrokuboklarda daha bir vacib qarşılaşmanın idarə olunmasında iştirak edəcək.







Konfrans liqası

“Uğurlu nəticə qazanmaq istəyirik”
  • Konfrans liqası
  • 13:49 12.08.2026
“Uğurlu nəticə qazanmaq istəyirik”