29 sentyabr 2026. Çərşənbə axşamı

“Tvente” – “Qarabağ” matçının hakimləri bəlli oldu


“Tvente” – “Qarabağ” matçının hakimləri bəlli oldu

UEFA Konfrans Liqasının pley-off mərhələsində “Tvente” və “Qarabağ” komandaları arasında keçiriləcək ilk qarşılaşmaya hakim təyinatları açıqlanıb.

90deqiqe.Az-ın məlumatına görə, Niderlandda baş tutacaq görüşü Albaniyadan olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Yucin Caya olacaq. Ona yan xətt hakimləri Reydi Avdo və Mario Şazivari kömək edəcəklər. Emanuela Rusta dördüncü hakim funksiyasını yerinə yetirəcək.

İtaliyalı Canluka Aureliano VAR hakimi, albaniyalı Albert Doda isə VAR hakiminin köməkçisi olacaq.

Qeyd edək ki, “Tvente” – “Qarabağ” oyunu avqustun 20-də keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Komandalar arasında cavab qarşılaşması avqustun 27-də Bakıda təşkil olunacaq.







Konfrans liqası

“Xetafe” və “Reyncers”dən qələbə
  • Konfrans liqası
  • 02:11 21.08.2026
“Xetafe” və “Reyncers”dən qələbə