21 avqust 2026. Cümə

Mahir Emreli “Rakuv”un heyətində növbəti qolunu vurdu


Mahir Emreli “Rakuv”un heyətində növbəti qolunu vurdu

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşanın “Rakuv” klubunda növbəti dəfə fərqlənib.

90deqiqe.Az-ın məlumatına görə, hücumçu UEFA Konfrans Liqasının pley-off mərhələsində Xorvatiyanın “Hayduk” komandasına qarşı keçirilən ilk oyunda hesabı bərabərləşdirən qola imza atıb.

27-ci dəqiqədə meydan sahiblərinin qapısına yol tapan Mahir Emreli “Rakuv”un heyətində üçüncü qolunu vurub. Hazırda qarşılaşmada hesab 1:1-dir.

Qeyd edək ki, 28 yaşlı forvard iyulun 17-də “Rakuv”a transfer olunub. Emreli Polşa klubunda keçirdiyi oyunlarda artıq üçüncü dəfə rəqib qapısına yol tapıb.







Konfrans liqası