16 sentyabr 2026. Çərşənbə

“Qarabağ” Niderlandda “Tvente”yə qalib gəldi


“Qarabağ” Niderlandda “Tvente”yə qalib gəldi

“Qarabağ” UEFA Konfrans Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.

90deqiqe.Az-ın məlumatına görə, Qurban Qurbanovun rəhbərlik etdiyi Ağdam təmsilçisi Niderlandda “Tvente”nin qonağı olub. Enshede şəhərində baş tutan qarşılaşma “Qarabağ”ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşdə yeganə qol 52-ci dəqiqədə Kadi Borges tərəfindən vurulub.

Beləliklə, “Qarabağ” cavab qarşılaşması öncəsi minimal üstünlük əldə edib.

Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 27-də saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.







Konfrans liqası

“Xetafe” və “Reyncers”dən qələbə
  • Konfrans liqası
  • 02:11 21.08.2026
“Xetafe” və “Reyncers”dən qələbə