21 avqust 2026. Cümə

Qurban Qurbanov “Tvente” qələbəsini dəyərləndirdi


Qurban Qurbanov “Tvente” qələbəsini dəyərləndirdi

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının pley-off mərhələsində “Tvente” üzərində qazanılan səfər qələbəsindən sonra fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, Qurban Qurbanov qarşılaşmanın kifayət qədər gərgin keçdiyini və futbolçuların qələbə üçün böyük güc sərf etdiklərini bildirib.

“Futbolçuları təbrik edirəm. Yaxşı mübarizə apardılar, çox güc sərf etdilər. Bu meydanda üçüncü dəfədir oynayırıq. Hər dəfə bu stadiondan, azarkeşlərdən və oyundan daha çox zövq almışıq. Fanatlarımız da tribunadan bizi dəstəklədilər. Onlara təşəkkür edirəm”

Mütəxəssis əldə olunan nəticənin vacibliyinə diqqət çəkərək cavab qarşılaşmasında daha intizamlı oyun tələb olunduğunu qeyd edib.

Qurban Qurbanovun sözlərinə görə, Bakıda keçiriləcək görüşdə komanda üstünlüyünü qorumaq və əsas mərhələyə vəsiqə qazanmaq üçün maksimum səy göstərəcək.

Qeyd edək ki, Ağdam təmsilçisi Niderlandda keçirilən ilk oyunda Kadi Borgesin 52-ci dəqiqədə vurduğu qolla 1:0 hesablı qələbə qazanıb.

Əlavə edək ki, “Qarabağ” və “Tvente” arasında cavab qarşılaşması avqustun 27-də saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.







Konfrans liqası

“Xetafe” və “Reyncers”dən qələbə
  • Konfrans liqası
  • 02:11 21.08.2026
“Xetafe” və “Reyncers”dən qələbə
“Monako” və “Ayaks”dan qələbə
  • Konfrans liqası
  • 02:01 21.08.2026
“Monako” və “Ayaks”dan qələbə