- Konfrans liqası
- 02:11 21.08.2026
UEFA Konfrans Liqasının təsnifat mərhələsinin pley-off raundunda daha bir neçə ilk oyun keçirilib.
90deqiqe.Az-ın məlumatına görə, İspaniyanın “Xetafe” klubu doğma meydanda Serbiyanın “Partizan” komandasını qəbul edib. Meydan sahibləri görüşdən 3:1 hesablı qələbə ilə ayrılıblar.
“Xetafe” 10-cu dəqiqədə hesabı açıb. Enes Ünal dəqiq zərbə ilə komandasını önə keçirib. İlk hissənin sonlarına yaxın Demba Sek “Partizan”ın bərabərlik qolunu vurub.
İspaniya təmsilçisi ikinci hissənin sonlarında üstünlüyünü yenidən ələ alıb. Andres Qarsiya və Xoan Moxika fərqlənərək “Xetafe”yə qələbə qazandırıblar.
Qeyd edək ki, “Xetafe” 68-ci dəqiqədən etibarən azlıqda oynayıb. Abdülqadir Abkar qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb.
Günün digər matçında Şotlandiyanın “Reyncers” klubu doğma meydanda Çexiyanın “Yablonets” komandasını məğlub edib. Görüşün taleyini həll edən yeganə qol 50-ci dəqiqədə vurulub. Rayan Naderi Daisuke Yokotanın ötürməsindən sonra fərqlənərək komandasına 1:0 hesablı qələbə qazandırıb.