- Konfrans liqası
- 11:34 21.08.2026
Azərbaycan klublarının UEFA reytinqində cari mövsüm təsnifat və pley-off mərhələləri üzrə topladığı əmsal 3,375-ə çatıb.
90deqiqe.Az-ın məlumatına görə, bu nəticə “Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda Niderlandın “Tvente” klubunu 1:0 hesabı ilə məğlub etməsindən sonra qeydə alınıb.
Beləliklə, Azərbaycan klubları əsas mərhələyə qədər olan dövr üzrə son 11 ilin rekorduna imza atıblar. Əvvəlki ən yüksək nəticə 2015/2016 mövsümündə 3,125 əmsal olub.
Cari mövsümdə “Qarabağ”ın ölkə reytinqinə töhfəsi 1,250-yə yüksəlib. Ağdam təmsilçisi bu göstəricidə “Sabah”a çatıb. “Zirə”nin hesabında 0,625, “Neftçi”nin isə 0,250 əmsal var.
Azərbaycan cari mövsümdə UEFA əmsallar cədvəlində bonuslar nəzərə alınmadan ən çox xal toplayan iki ölkədən biridir. Eyni göstəriciyə malik Latviya ilə birlikdə ölkəmiz ümumi sıralamada 6-cı yeri bölüşür.
Bonus xalları hesabına Azərbaycanı qabaqlayan ölkələr isə Portuqaliya, İspaniya, Almaniya, İtaliya və İngiltərədir.