27 avqust 2026. Cümə axşamı

“Rapid” azlıqda qalan “Harts”ı məğlub edə bilmədi


“Rapid” azlıqda qalan “Harts”ı məğlub edə bilmədi

Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda Vyana “Rapidi” doğma meydanda Şotlandiyanın “Harts” klubunu qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə, ilk qarşılaşmada 2:2 hesablı heç-heçə qeydə alındığından komandalar növbəti mərhələyə vəsiqə uğrunda mübarizəni cavab matçında davam etdiriblər.

Görüşün əvvəlində meydan sahibləri təşəbbüsü ələ alsalar da, hesab yalnız 35-ci dəqiqədə açılıb. Yusif Demirin ötürməsindən sonra Erkan Kara “Harts”ın qapısına yol tapıb.

Şotlandiya klubuna cavab qolu lazım olsa da, qonaqlar hücumda o qədər də təsirli görünməyiblər. İkinci hissədə isə “Harts”ın işi daha da çətinləşib. Tomas Maqnussonun qırmızı vərəqə alaraq meydandan qovulması nəticəsində qonaqlar oyunu azlıqda davam etdirməli olublar.

Lakin say üstünlüyündən yararlana bilməyən “Rapid” 79-cu dəqiqədə qapısında qol görüb. Pyer Landri Kabore fərqlənərək hesabı bərabərləşdirib.

Əsas vaxtda qalib müəyyənləşmədiyindən qarşılaşma əlavə vaxta gedib. Burada komandalar yenidən bir-birinin qapısına yol tapıblar.

Qalib isə penalti seriyasında müəyyənləşib. Zərbələri daha dəqiq yerinə yetirən “Harts” “Rapidi” mübarizədən kənarlaşdıraraq Konfrans Liqasının növbəti mərhələsinə yüksəlib.







Konfrans liqası

“Xetafe” və “Reyncers”dən qələbə
  • Konfrans liqası
  • 02:11 21.08.2026
“Xetafe” və “Reyncers”dən qələbə
“Monako” və “Ayaks”dan qələbə
  • Konfrans liqası
  • 02:01 21.08.2026
“Monako” və “Ayaks”dan qələbə