27 avqust 2026. Cümə axşamı

“Qarabağ” Konfrans Liqasından kənarda qaldı - 12 illik seriya başa çatdı


“Qarabağ” Konfrans Liqasından kənarda qaldı   - 12 illik seriya başa çatdı

“Qarabağ” UEFA Konfrans Liqasında mübarizəni dayandırıb.

90deqiqe.Az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda pley-off mərhələsinin cavab oyununda Niderlandın “Tvente” klubunu qəbul edib.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən qarşılaşmanın əsas vaxtında qonaqlar 2:1 hesabı ilə qalib gəliblər.

“Qarabağ”ın heyətində Kadi Borges 59-cu dəqiqədə hesabı açıb. “Tvente” 80-ci dəqiqədə Marko Pyatsanın qolu ilə bərabərliyi təmin edib. Əsas vaxta əlavə olunmuş 2-ci dəqiqədə isə Maks Bryuns Niderland təmsilçisini önə keçirib.

İlk oyunda səfərdə 1:0 hesabı ilə qalib gələn “Qarabağ”ın növbəti mərhələyə adlamaq şansı əlavə vaxtda da davam edib.

Lakin 94-cü dəqiqədə Vaut Veqorst hesabı 3:1-ə çatdırıb. 106-cı dəqiqədə Marko Yankoviç qırmızı vərəqə alaraq Ağdam klubunu azlıqda qoyub. 115-ci dəqiqədə Yunes Taha “Tvente”nin dördüncü qolunu vuraraq görüşdə son nöqtəni qoyub.

Beləliklə, “Qarabağ” iki oyunun nəticəsinə əsasən 2:4 hesabı ilə məğlub olaraq UEFA Konfrans Liqasında mübarizəni başa vurub.

Bununla da Ağdam klubunun ardıcıl 12 mövsüm davam edən avrokubokların əsas mərhələsində iştirak seriyası qırılıb.

 







Konfrans liqası

“Xetafe” və “Reyncers”dən qələbə
  • Konfrans liqası
  • 02:11 21.08.2026
“Xetafe” və “Reyncers”dən qələbə
“Monako” və “Ayaks”dan qələbə
  • Konfrans liqası
  • 02:01 21.08.2026
“Monako” və “Ayaks”dan qələbə