- Konfrans liqası
- 01:26 28.08.2026
UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda “Ayaks” doğma meydanda “Sion”u qəbul edib.
90deqiqe.Az-ın məlumatına görə, Niderland klubu rəqibini 5:3 hesabı ilə məğlub edərək iki oyunun nəticəsinə əsasən turnirin əsas mərhələsinə vəsiqə qazanıb.
Qarşılaşmada hesabı artıq 1-ci dəqiqədə Yuri Bas açıb. Lakin “Sion” qısa müddətdə vəziyyəti dəyişib. Uinsli Boteli əvvəlcə hesabı bərabərləşdirib, daha sonra isə özünün və komandasının ikinci qolunu vurub.
İkinci hissədə təşəbbüsü tam ələ alan “Ayaks” rəqib qapısından 4 top keçirib. Davi Klassen, Oliver Edvardsen və Toluvolase Arokodare (2 qol) fərqləniblər.
Görüşün 90+1-ci dəqiqəsində isə Boteli het-trikini rəsmiləşdirib və qarşılaşmada son nöqtəni qoyub.
Qeyd edək ki, “Atalanta” da pley-off mərhələsində Təl-Əviv “Hapoel”ini iki oyunun nəticəsinə əsasən məğlub edərək Konfrans Liqasının əsas mərhələsinə yüksəlib.