- Konfrans liqası
- 01:26 28.08.2026
UEFA Konfrans Liqasının 2026/27 mövsümünün pley-off mərhələsinin cavab oyunlarının bir qismi başa çatıb.
90deqiqe.Az-ın məlumatına görə, ilk matçda “Tromse” ilə qolsuz heç-heçə edən İngiltərənin “Brayton” klubu cavab qarşılaşmasında rəqibinə şans verməyib. İngiltərə təmsilçisi norveçliləri 4:0 hesabı ilə darmadağın edib.
“Brayton”un qollarını Haralambos Kostulas, Maksim de Kuiper, Mats Viffer və Olivye Bοskali vurublar.
Digər qarşılaşmada “Xetafe” səfərdə “Partizan”a 1:2 hesabı ilə məğlub olub. Buna baxmayaraq, ilk oyunda doğma meydanda 3:1 hesablı qələbə qazanan İspaniya klubu iki matçın nəticəsinə əsasən mərhələni keçib.
Qeyd edək ki, “Braqa”, “Gent”, Banya-Luka “Borats” və “Midtyullann” da Konfrans Liqasının əsas mərhələsində mübarizə aparacaq.