29 avqust 2026. Şənbə

“Trabzonspor”un Konfrans Liqasındakı rəqibləri bəlli oldu


“Trabzonspor”un Konfrans Liqasındakı rəqibləri bəlli oldu

UEFA Konfrans Liqasının liqa mərhələsinin püşkü atılıb.

90deqiqe.Az-ın məlumatına görə, Monakoda keçirilən püşkatma nəticəsində Türkiyənin “Trabzonspor” klubunun da turnirdəki rəqibləri müəyyənləşib.

Super Liqa təmsilçisi ev oyunlarında Almaniyanın “Frayburq”, Şotlandiyanın “Harts” və Çexiyanın “Yablonets” klublarını qəbul edəcək.

“Trabzonspor” səfərdə isə Serbiyanın “Srvena Zvezda”, Finlandiyanın “KUPS” və Bolqarıstanın MOİK komandaları ilə qarşılaşacaq.

Qeyd edək ki, “Trabzonspor” UEFA Avropa Liqasının pley-off mərhələsində mübarizəni dayandırdıqdan sonra Konfrans Liqasının liqa mərhələsinə vəsiqə qazanıb.







Konfrans liqası

“Xetafe” və “Reyncers”dən qələbə
  • Konfrans liqası
  • 02:11 21.08.2026
“Xetafe” və “Reyncers”dən qələbə