- Konfrans liqası
- 23:15 15.10.2026
“Trabzonspor”un ulduzu Məhəmməd Salah rəsmi oyunlarda Türkiyə klubunun heyətində vurduğu qolların sayını artırıb.
90deqiqe.Az-ın məlumatına görə, misirli hücumçu UEFA Konfrans Liqasının Liqa mərhələsinin I turunda Finlandiyanın KuPS komandası ilə keçirilən matçda fərqlənib. O, ilk hissədə komandasının ikinci qolunu vuraraq hesabı 2:0-a çatdırıb.
Salahın qolu baxımlı alınıb. O, iti bucaqdan zərbə ilə topu Finlandiya təmsilçisinin qapısının sol yuxarı küncünə göndərib.
Beləliklə, misirli futbolçunun “Trabzonspor”un heyətində rəsmi oyunlarda vurduğu qolların sayı 7-yə yüksəlib.
Qeyd edək ki, Salah daha əvvəl Türkiyə çempionatında 6 qol vurmuşdu. Həmin qollardan üçü ölkə çempionu “Qalatasaray”la 4:0 hesabı ilə başa çatan qarşılaşmada qeydə alınmışdı.