16 oktyabr 2026. Cümə

“Hayduk” – “Ayaks” matçı niyə dayandırıldı?


“Hayduk” – “Ayaks” matçı niyə dayandırıldı?

UEFA Konfrans Liqasının Liqa mərhələsinin I turunda Split “Hayduk”u ilə Amsterdam “Ayaks”ı arasında keçirilən qarşılaşma ikinci hissənin sonlarında dayandırılıb.

90deqiqe.Az-ın məlumatına görə, fasilə zamanı hesab 2:1 Xorvatiya klubunun xeyrinə olub.

Matçın dayandırılmasına “Hayduk” azarkeşlərinin stadionda çoxlu pirotexniki vasitələrdən istifadə etməsi səbəb olub. Dayandırlan qarşılaşma bir müddət sonra davam edib. 

Görüşdə hesabı 37-ci dəqiqədə meydan sahiblərinin hücumçusu Abduli Sanyanq açıb. Davi Klassen 53-cü dəqiqədə “Ayaks”ın bərabərlik qolunu vurub. Lakin Xorvatiya təmsilçisi qısa müddət sonra yenidən önə keçib. Marin Şotiçekin qolu “Hayduk”a 2:1 hesablı üstünlük qazandırıb.

Qarşılaşmanın taleyi və oyunun nə vaxt bərpa olunacağı ilə bağlı hələlik rəsmi məlumat verilməyib.







Konfrans liqası

“Trabzonspor” KuPS səddini keçdi
  • Konfrans liqası
  • 23:28 15.10.2026
“Trabzonspor” KuPS səddini keçdi
“Monako” ÇSKA-nı məğlub etdi
  • Konfrans liqası
  • 23:15 15.10.2026
“Monako” ÇSKA-nı məğlub etdi