16 oktyabr 2026. Cümə

“Kayrat” Latviyada bir xalla kifayətləndi


“Kayrat” Latviyada bir xalla kifayətləndi

UEFA Konfrans Liqasının əsas mərhələsinin I turunda Latviyanın “Riqa” və Qazaxıstanın “Kayrat” komandaları üz-üzə gəlib.

90deqiqe.Az-ın məlumatına görə, Riqadakı “Skonto” stadionunda keçirilən qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Matçın 5-ci dəqiqəsində “Kayrat”ın yarımmüdafiəçisi Mark Qual penaltini dəqiq yerinə yetirərək hesabı açıb. Cəmi 7 dəqiqə sonra “Riqa”nın futbolçusu Salah Ulad bərabərlik qolunu vurub.

Görüşün 28-ci dəqiqəsində meydan sahibləri hesabda önə keçmək imkanı əldə etsələr də, Məhəmməd Badamosi penaltidən yararlana bilməyib.

Beləliklə, komandalar qarşılaşmadan hərəyə bir xalla ayrılıblar.

Qeyd edək ki, əsas mərhələnin II turunda “Riqa” səfərdə Kiprin “Pafos” klubu ilə qarşılaşacaq. “Kayrat” isə doğma meydanda Yunanıstanın “Panatinaikos” komandasını qəbul edəcək. Hər iki oyun oktyabrın 22-də, cümə axşamı günü keçiriləcək.







Konfrans liqası

“Trabzonspor” KuPS səddini keçdi
  • Konfrans liqası
  • 23:28 15.10.2026
“Trabzonspor” KuPS səddini keçdi
“Monako” ÇSKA-nı məğlub etdi
  • Konfrans liqası
  • 23:15 15.10.2026
“Monako” ÇSKA-nı məğlub etdi